Qax rayonunun dağlıq ərazilərinə qar yağıb FOTO
İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 5 santimetr təşkil edir
Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 13-də gecə saatlarında bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 5 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.