Qazax kimliyini məzmunla dolduran V Dünya Köçəri Oyunları
Böyük köçəri idman oyunlarına ev sahibliyi etmək bir neçə məqsədə xidmət edir
Astanada start götürən V Ümumdünya Köçəri Oyunları Qazaxıstanın zəngin tarixini və mədəniyyətini əks etdirən rəngarəng açılış mərasimi ilə yadda qalıb. Böyük köçəri idman oyunlarına ev sahibliyi etmək bir neçə məqsədə xidmət edir.
Onilliklər boyu türklərin dünyagörüşünə köçəri olmağın birmənalı olaraq neqativ olduğu yeridildi, köçəri xalqların tarixini unutdurmağa cəhd edildi, aşağılıq kompleksi yaradıldı. Lakin müstəqillik, dövlətçiliyin möhkəmlənməsi tarixə obyektiv yanaşmağa şərait yaratdı. Qazaxıstanda və bütün türk məkanında köçərilərin tarixinin ardıcıllığına zəmin yaratmaqla, türk dövlətlərinin adı çəkilən bölgənin xəritələrinin müəyyənləşdirilməsi istiqamətində geniş tədqiqat işləri aparılır.
Dövlətlər həm də dövlətçilik yubileylərinin, məsələn, Qazax xanlığının 550 illiyinin təntənəli qeyd olunması üzərində işləyirlər. Bununla yanaşı, idman tədbirləri kütləvi xarakter daşıyır, ənənələri yeniləyir və xalqın yaddaşında qalır.
Oyunlarda 89 ölkədən 2500 idmançı iştirak edir, yəni bu, atdan oxatma, şahin ovu, ənənəvi güləş kimi spesifik idman növlərini bütün dünyaya nümayiş etdirmək imkanıdır...
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev açılış mərasimindəki çıxışında qeyd etdi: “Bizim əcdadlarımız Böyük Çöldə güclü dövlətlər yaradıb, böyüklüyü və gözəlliyi ilə heyranedici orta əsr şəhərləri, o cümlədən Otrar, Türküstan, Taraz, Sarayşik şəhərləri salıblar. Qərblə Şərq arasında körpü rolunu oynayan köçərilər müxtəlif mədəniyyətlərin yaxınlaşmasına öz töhfələrini veriblər. Bu geniş məkanlarda müxtəlif dövrlərdə Hun imperiyaları və Türk xaqanlıqları, Qızıl Orda və Qazax xanlığı çiçəklənib”.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə söhbətində onu Oyunların uğurla keçirilməsi münasibətilə təbrik edib. Dünənki söhbət bizim üçün də maraqlıdır, çünki Qazaxıstanın danışıqlar platforması bir daha prioritet kimi müəyyən edilib. V Ümumdünya Köçəri Oyunlarında həm Azərbaycan, həm də Ermənistan idmançıları iştirak edir...
politoloq Fərhad Məmmədov