Qazaxıstan BTC boru kəməri ilə neft ixracını artırır
Rusiya-Ukrayna müharibəsi gedişində Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsium (XBKK) vasitəsilə ənənəvi neft ixracı hərbi hərəkətlərə görə tez-tez dayandırılır
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını get-gedə artırır.
2026-cı ilin iyul ayında Aktau dəniz limanından BTC istiqamətində 155 min ton neft göndərilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 11,5% çoxdur.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenovun sözlərinə görə, ixrac ildə 2,2 milyon tona qədər arta bilər.
Rusiya-Ukrayna müharibəsi gedişində Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsium (XBKK) vasitəsilə ənənəvi neft ixracı hərbi hərəkətlərə görə tez-tez dayandırılır. Buna görə Qazaxıstan neftinin təhlükəsiz ixracı üçün yeni yollar axtarılır.
Qeyd edək ki, Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə ildə təxminən 63-65 milyon ton neft ixrac edir. 2025-ci ilin sonuna qədər ümumi 70,5 milyon tonluq sistem tutumundan təxminən 62,8 milyon ton Qazaxıstan xam nefti nəql edilmişdir. Bu marşrut ölkənin ümumi neft ixracının 80%-dən çoxunu təşkil edir.
1 dəqiqə