XƏBƏRLƏR / Neft və Qaz

Qazaxıstan BTC marşrutu üzrə neft nəqlini artırıb

Bu barədə "KazTransOil" şirkəti əlumat yayıb

Qazaxıstan BTC marşrutu üzrə neft nəqlini artırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstanın əsas neft boru kəmərlərinin milli operatoru olan "KazTransOil" şirkəti 2026-cı ilin yanvar-oktyabr aylarında Xəzər Boru Kəməri Konsorsiumu (KTK) sisteminə təxminən 3,9 milyon ton neft göndərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

    Şirkətin məlumatına görə, hesabat dövründə Aktau limanı vasitəsilə tankerlərə təxminən 3 milyon ton neft yüklənib ki, bu da bir il əvvəlki göstəricidən 11% çoxdur. Bu həcmin təxminən yarısı Bakı — Tbilisi — Ceyhan marşrutu ilə göndərilib.

    Bundan əlavə, Qazaxıstan-Çin boru kəməri sistemi vasitəsilə 16,6 milyon ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

    "KazTransOil" cəmi on ay ərzində əsas neft kəmərləri ilə 38,3 milyon ton neft nəql edib ki, bu da daşınma həcmini 3,6% artırıb.