XƏBƏRLƏR / Neft və Qaz

OPEC gələn il üçün neft tələbatı üzrə proqnozu artırıb

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir

OPEC gələn il üçün neft tələbatı üzrə proqnozu artırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.

    Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

    Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,14 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,29 mln. barel çoxdur.

    Bununla yanaşı, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,52 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz göstərici – 106,42), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,38 mln. barel çoxdur.

    Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,84 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,63 mln. barel artım deməkdir.

    Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.