XƏBƏRLƏR / İctimaiyyət

Qazaxıstan Ermənistana silah satmayıb

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarük edilməsini təkzib edib

Qazaxıstan Ermənistana silah satmayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.

    Nazirlik Ermənistana silah tədarük edilməsini təkzib edib.

    Nazirliyin açıqlamasında deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

    “Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub”, - açıqlamada bildirilir.

    Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinin Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemləri almağı planlaşdırdığını açıqlayıb.