XƏBƏRLƏR / Müttəfiq

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qonağı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov qarşılayıb

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.