BLOQ

Ramazan təqvimi və Qədr gecələrinin vaxtı

Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq

Ramazan təqvimi və Qədr gecələrinin vaxtı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

    Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.

    Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

    Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.