C-130 haqda ilkin hesabatı açıqlandı: Partlayış izi yoxdur!
Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin yük təyyarəsi ilə bağlı ilk açıqmıqlamanı "Türkiye Gazetesi" yaydı
"Türkiye Gazetesi": Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarəsinin Gürcüstan hava məkanında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri dərc olunub.
İlkin araşdırma zamanı partlayış və ya xarici təsir əlamətləri aşkar edilməyib.
Tbilisidən gələn məlumatlara görə, qəzanın səbəbi, ehtimal ki, texniki nasazlıq olub.
Uçuşdan əvvəl bütün heyət Gəncə hava limanında təhlükəsizlik yoxlamasından keçib və bu proses kameralar tərəfindən qeydə alınıb. İlkin vizual yoxlama zamanı təyyarənin gövdəsində xarici təsir, dəliklər və ya yanma izləri aşkar edilməyib.
Mütəxəssislər bildiriblər ki, təyyarə raketlə vurulubsa və ya daxili partlayış olubsa, bu cür izlər aydın görünməli idi.
Birincisi, uzunmüddətli korroziya gövdəni zəiflədib və təyyarəni təzyiq dəyişikliklərinə qarşı həssas edib.
İkincisi, yük düzgün şəkildə bərkidilməyib və bu da uçuş zamanı qeyri-sabitliyə səbəb olub.
Hesabatda sosial mediada yayılan təxribat və hücumlar iddiaları rədd edilir. "Bu iddiaları dəstəkləyən heç bir dəlil yoxdur", - deyə qəzet mənbəsi bildirib.
Qəzanın dəqiq səbəbi qara qutu araşdırıldıqdan sonra müəyyən ediləcək.
1 dəqiqə