BLOQ

Kimdir zamanın imamı?

Mehdi, yoxsa Hüsseyn?

Kimdir zamanın imamı?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şiəliyi təkcə “Hüsseyniyyə” məktəbinə bağlamayın. Şiəlik ilk növbədə İmam Mehdi dəvətidir. Zamanın imamı O-dur. İmam Hüseyn yox.

    Arada fərqlər çoxdur.

    Mehdi misteriyası gələcəyə - futuristikaya meyillidir. Qələbə müjdəlidir. Məğlubiyyəti qəti qəbul etmir.

    Şiəlikdəki “Mehdiçi-Hüsseynçi” bölgüsünə bir an Fridrix Nitşe gözü ilə baxsaq, nəticələrimiz gurultulu olacaq. Hüsseyn məktəbinin dekadans məzmunu aşkarlanacaq.

    Dekadans isə həmişə ölümlə, Əzrail ilə sevişir. Özünü qurban sayır. Məğlubiyyəti əbədiləşdirir. Fələk qırmancı ilə ümidlərin kürəklərini zolaqlayır. Qara rəngi seçir öz bayrağına.

    Zahiridirlər. Aldadıcıdırlar.

    Mehdiçilər isə renesans sevdalıdırlar. Dirilməni, qələbəni, ardıcıl mübarizəni elan ediblər. Aşkar deyil, gizlidirlər. Bayraqları yaşıldır.

    Day ucundan tutub ucuzluğa varmayaq. Fərqlər çox ciddidir.

    Günümüzün imamı - Sahib əz-zəmanı Mehdidir. Hüsseyn yox.