XİN-də mətbuat konfransı VİDEO
Ceyhun Bayramov ilin yekunları barədə danışır
Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir.
"Bu il xarici siyasətimiz məzmun baxımdan zəngin olub".
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, bəzi ölkələr ikitərəfli və regional təhdidlər törətməsinə baxmayaraq, Azərbaycan mütərəqqi davranışla bunun qarşısını alıb.
"Həmişə olduğu kimi, əsas prioritetimiz xarici siyasətimiz olub. Qardaş Türkiyə, Rusiya və Gürcüstanla müxtəlif sahədə əməkdaşlıqlar davam etdirilib. Bu ilin yanvar ayında İrandakı səfirliyimizə hücum olub. Səfirliyin əməkdaşları İrandan təxliyə edilib. Amma buna baxmayaraq, ikitərəfli əlaqələr davam etdirilib, müxtəlif görüşlər keçirilib", - o qeyd edib.
Ceyhun Bayramov əlavə edib ki, bu il həm də ölkənin suverənliyin və ərazi bütövlüyün əldə olunması ilə yadda qalıb.
XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərin suallarını da cavablandırıb.