BLOQ

Səttarxanın mənəvi atası

Təbrizdə Siqətül-İslamın ev-muzeyi açılıb

Səttarxanın mənəvi atası
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Təbriz milli kimlk ünvanlarını bərpa edir.
    Təbrizlilər ona "Siqətül-İslam" deyərdilər.

    "Qeybi"lərdən, yəni üzüniqablılardandır. 

    Səttərxanı pərdəarxasından yönləndirən "Mərkəzi-qeybi"nin məxfi rəhbəri idi.

    1911-ci ildə Aşura günü Təbrizə soxulmuş çar generalları onu dar ağacından asdılar.

    Səttərxan onu təqlid edirdi. Mərcası, mərca ül təqlidi o idi - SİQƏTÜL İSLAM.
    Bir saylı təşkilatçı, ideoloji rəhbər, məxfi əməliyyatların beyni idi.

    Allahın 99 sifəti var... Fəadilər də bu sistemlə 99 nəfərlik dəstələrdən ibarət idilər. 33-ü sağ qanaddır, 33-ü sol.
    Qalan 33-ü ön cəbhədə durmalı idi. 100-cü "İsmül-əzəm" isə kim idi? Hə... Bu, qeybdə qaldı.

    Mirzə Əliağa xan Təbrizi bu sistemi qurunca, Təbrizdə Məşrütə inqilabına start verdi. Səttərxanı özü seçdi. Ölümündən öncə cəld tərpənərək Səttərxanı Təbrizdən çıxardı. Özü könüllü içdi şəhadət şərbətini.

    Xüsusi təyinatlı 17 nəfərlik vurucu fədai dəstəsini də o qurmuşdu. Özü seçmişdi hər birini.
    Demişdi bu 17 fədaiyə: İsmül-əzəm 17 hərfdən ibarətdir. Hərəniz bu adın bircə hərfisiniz. Döyüşdə, qələbə anında düzülüşünüzdən o uca İsmül Əzəmi oxuyacağam.

    1908-ci ilin iyununda Məşrutənin ən həlledici döyüşləri vaxtı məhz bu 17 nəfərlik "təyinatlı" Təbriz küçələrində qəti qələbə əldə edirlər.

    Səttərxan isə bu 17 nəfərlik fədainin yalnız sərdarı idi.

    Şəhadətin mübarək, Mirzə Əliağa xan Təbrizi.
    Möhtəşəm sonluq.

    Mən isə indi bax bu son fotona baxa-baxa məhz bu mənzərədəki İsmül Əzəmi oxudum.

    ( Söhbət Siqətül İslamın silahdaşları ilə birgə dar ağacından sallanan son fotosundan gedir).