BLOQ

Antalya – rusların ikinci evi

Amma rusdillilər türk məktəblilərinə qaynayıb-qarışmırlar

Antalya – rusların ikinci evi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Antalyanı daimi yaşayış üçün seçən ruslar uşaqlarının təhsili və əyləncəsi üçün əllərindən gələni edirlər.

    Türk məktəblərində oxumaq istəməyən rus balaları üçün tamamən Rusiya Təhsil Nazirliyinin proqramına uyğunlaşdılmış iki orta məktəb açılıb. Şəhərin bir-birindən xeyli uzaqda, ruslaşmış iki məşhur səmtində - Lara və Koyaaltında.

    Lara ruslarının özlərini elit təbəqə kimi qələmə vermələri isə ayrı mövzudur. Lara Konyaaltına səfalı kənd yeri kimi, Konyaaltı Laraya sənayeləşmiş bölgə kimi baxır. İki rayon arasındakı bitib tükənməyən “hara daha yaxşıdır” söhbəti o qədər aktualdır ki, yerli əhalini də bu mövzu ilə “xəstələndiriblər”.

    Qayıdaq rus məktəblərinə. Hər iki ozəl məktəbi zəngin ruslar açıb. Təhsil haqqı Antalyanın ən bahalı özəl məktəblərindən də bahadır və ödənişlər Türk lirəsi ilə yox, dollar və ya avro ilə qəbul olunur.

    Maraqlıdır ki, bu il hər iki məktəbdən çoxlu şikayət var və rus valideynlərinin üz tuta biləcəyi instansiyaları da yoxdur. Məktəbləri açmaq üçün Türkiyə Təhsil Nazirliyi rəsmi icazə versə də, hələlik şikayətlərə ciddi reaksiya verilmir. Rus məktəblərindən gələn şikayətlər istənilən türkü şoka sala biləcək növdəndir. Məsələn, uşaqıarın nahar yeməklərindən, çörəyin içindən dəfələrlə tarakan çıxıb. Türk məktəblərində isə nə az nə çox, 4 min rus və ukraynalı şagird təhsil alır. Sovet dövründən qalma bütün ənənələri illərlə, yavaş yavaş türk məktəblərinə də ayaq açdı. Rusdillilər müəllimlərin ad günlərini öyrənib onları bahalı hədiyyələrə, bəzi məktəb direktorlarını rüşvətə alışdırdılar. Hər il tədris ilinin ilk günündə uşaqları gül buketləri ilə məktəbə yolladılar. Türk dilini zəif və çox gec müddətdə öyrənən rusdilli məktəblilərin təhsilin keyfiyyətinə vurduqları zərbənin siyahısı o qədər uzundur ki...

    Antalyada istənilən orta məktəb direktoru və müəllimi sizə bunları deyəcək - rusdillilər türk məktəblilərinə qaynayıb-qarışmırlar, məktəb qaydalarına uyğunlaşmırlar, bir rusun bir türklə dostlaşması çətin və istəksiz prosesdir, rusdillilər öz aralarında dəstələr qurur və türk uşaqlarını öz içlərinə daxil etmirlər, dərsə maraq yoxdu, uşaqlar arasında tez tez rus-türk münaqişələri alovlanır.

    Türk məktəblərində hətta rus küçə söyüşlərini öyrənmiş türk uşaqları da az deyil. Vəziyyət o həddə çatıb ki, Antalyada türk valideynlər uşaqlarını məktəblərə yazdırarkən əvvəlcə siniflərdə rusdillilərin sayı ilə maraqlanırlar. Heç kim rusların çox olduğu sinifləri istəmir. Keçən ildən etiabarən əksər özəl məktəblərdə əlavə boş siniflər açılır. Belə siniflər ümumi proqramdan geri qalan rusdillilər üçün nəzərdə tutulub.

    Ardı var...