Göyərçinləri səmadan F-35-lər necə qovdu?
Diplomatiyanın bir öhdəliyi də hərbçilərə meydan verməməkdir

Mayın əvvəllərində Bakıya Netanyahunun gəlışi gözlənilirdi. O, Bakıda İranla danışıqlara başlamalı idi məncə.
Görüş baş tutmadı. Mane oldular. Nəticədə Pezeşkian da, biz də oyundan kənar vəziyyətə düşdük. Necə deyərlər, təyyarəyə minmək bir eyib, düşmək iki eyib.
Netanyahunun təyyarəsini geri qaytaranlar indi özlərini sülh göyərçininə oxşadırlar. Müharibə kabusu, bax, o zaman şüşədən çıxdı.
Diplomatiyanın bir öhdəliyi də hərbçilərə meydan verməməkdir. Sülh göyərçini müharibədən öncə havaya qanadlanmalıdir. F-35-ləri ancaq bu zaman göyərçinlər neytrallaşdira bilərlər. Rəsmi Bakı o vaxt müharibəni önləmək istəyirdi. Mane oldular.
İran hakimiyyətinin Təbriz qanadı o vaxt Bakı ilə birgə sülh gətirmək istəyirdi Yaxın Şərqə. Fars qanadı o vaxt təxribata keçdi. Qardaşımızı özlərinə qardaş seçdilər.
Sonra mətbuatda Çaldıran döyüşu yenidən alovlandı. Müharibə ssenarisinə bu da daxildir.
İndi bu müharibəni kim bitirəcək? Sülh masasını kim quracaq? Hə... Əsl qəhrəman da, qalib bu zaman bilinəcək. Bu status sadələrə verilməyəcək, Bakı isə hələ mayın əvvəlində bu sülh masasını qurmüsdu. Qoymadılar...