XƏBƏRLƏR / Neft və Qaz

"Qərbi Abşeron" yatağında ilk neft hasilatına başlanılıb

Bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib

"Qərbi Abşeron" yatağında ilk neft hasilatına başlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qərbi Abşeron" yatağında 50 nömrəli dəniz platforması istifadəyə verilib.

    İlk quyunun qazılması artıq başa çatıb və neft hasilatına başlanılıb.

    SOCAR-ın məlumatına görə, ümumilikdə 16 quyunun qazılması planlaşdırılır.

    Bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

    "SOCAR-ın "Azneft" İstehsalat Birliyinin strateji məqsədlərindən birinin - yataqlarının infrastruktur potensialının genişləndirilməsinin həyata keçirilməsi çərçivəsində mühüm addımlar atılır. Yeni platformada ilk quyunun qazılması və tamamlanması uğurla başa çatdırılıb, bundan sonra hasilat başlayıb", - deyə açıqlamada bildirilir.

    Qeyd olunur ki, qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramlarından istifadə etməklə hazırlanmış geoloji model əsasında layihələndirilir və həyata keçirilir.