Qərbi Azərbaycan İcması vətənə qayıtmaq üçün dəstək gözləyir
İcma antiterror tədbirlərinin başa çatmasından bir il keçməsi ilə bağlı bəyanat qəbul edib
Qərbi Azərbaycan İcmasının bəyanatı:
Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində antiterror tədbirlərinin başa çatmasından bir il ötür. Bu əməliyyatla Azərbaycan otuz ildən artıq ədalətsizliyə son qoydu, qanunun aliliyini təmin etdi və öz suverenliyini tam bərpa etdi.
Azərbaycanın fəaliyyəti təkcə onun milli maraqlarına deyil, həm də beynəlxalq hüququn prinsiplərinə xidmət edirdi. Xaosla dolu bir dünyada ədalət zəfər çaldı.
Təəssüf ki, bəzi xarici qüvvələr bu qələbəni mənfi tərəfdən göstərməyə və yenidən gərginlik mənbəyi yaratmağa çalışırlar. Biz onlardan beynəlxalq hüquqa hörmət etmələrini və regionda davamlı sülhə mane olmamalarını tələb edirik. Biz dünyanı tarixin bu çətin səhifəsini ləyaqətlə çevirmək üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına dəstək verməyə çağırırıq.