XƏBƏRLƏR / Qayıdış

"Qərbi Azərbaycan qaçqınları öz torpaqlarına qayıdacağ"

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib

"Qərbi Azərbaycan qaçqınları öz torpaqlarına qayıdacağ"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq.

    Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, əsas hədəf soydaşlarımızın ata-baba yurdlarına qayıtmağıdır:

    "Bu, bizim soydaşlarımızın tarixi haqqıdır. Bu gün artıq işğaldan azad olmuş suveren ərəzlərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşır. Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşır və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik".