Qərbi azərbaycanlıların vətənə dönmək üçün AŞPA-ya ümidi
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları AŞPA-nın monitorinqinin obyektinə çevrilməlidir
Qərbi Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun monitorinqinə başlamağa çağırıb.
Azərbaycanlıların Ermənistandan qovulması və onların təhlükəsiz və ləyaqətli qayıtmaq hüququndan məhrum edilməsi Ermənistanın Avropa Şurası çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Müdafiəsi Çərçivə Konvensiyasıyasından irəli gələn öhdəliklərin ciddi şəkildə pozulmasıdır.
Qərbi Azərbaycan icması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi AŞPA-nın monitorinqinin obyektinə çevrilməlidir. Bununla bağlı ictimaiyyət AŞPA monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Kimmo Kilyunen və Boriana Eberqə məktub ünvanlayıb və məktubda Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməyə çağırıb.