XƏBƏRLƏR / Münaqişə

Bu gün Qətərdə ABŞ və İran danışıq aparmayacaq YENİLƏNİB

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb

Bu gün Qətərdə ABŞ və İran danışıq aparmayacaq YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:56

    ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib.

    Al Jazeera“nın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib.

    Onun sözlərinə görə, Uitkoff və Kuşner vasitəçilərlə görüşərək, danışıqlar prosesinin inkişafını müzakirə edəcəklər.

    Qətər XİN-in sözçüsü əlavə edib ki, İrana məxsus dondurulmuş 6 milyard dollarlıq vəsait hələ ki Tehrana qaytarılmayıb.

    ***

    10:34

    ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb.

    Bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.

    Onu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə isə məlumat verilmir.

    Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi.

    Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb: "ABŞ nümayəndələrinin Qətərə səfər etməsinin İran nümayəndə heyətinin səfəri ilə heç bir əlaqəsi yoxdur.

    Səfər anlaşma memorandumunun müddəalarının, o cümlədən 11-ci bəndin (İranın dondurulmuş 6 mlrd. ABŞ dollarının geri alınması - ANS PRESS) icrasını izləmək üçün həyata keçirilir.