XƏBƏRLƏR / Müttəfiq

Qırğızıstan Prezidenti Bakıya gəlib

Sadır Japarov AQEM-in Zirvə Toplantısında iştirak edəcək

Qırğızıstan Prezidenti Bakıya gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğız Respublikasının Prezidenti Sadır Japarov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.