Türkiyədə F-16 qəzaya uğrayıb, pilot şəhid olub
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Türkiyənin Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə yerli vaxtla saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və pilotla əlaqə saxlamaq mümkün olmayıb.
Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı yer müəyyən edilərək qalıqları tapılıb.
Pilotun şəhid olduğu bildirilir.
Qəzanın səbəbi araşdırmalar nəticəsində müəyyən ediləcək.

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
1 dəqiqədən az