XƏBƏRLƏR / Hərbi

"Qırğızlar və qazaxlarla daha böyük təlimlər keçirəcəyik"

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə çıxışında deyib

"Qırğızlar və qazaxlarla daha böyük təlimlər keçirəcəyik"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

    Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışında deyib.

    “Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın - qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, Yaşar Gülər bildirib.