XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb

YENİLƏNİB

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:20

    Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

    Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.

    Qeyd edək ki, b mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.

    ***

    14:35

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Qırmızı Bazar qəsəbəsi bu gün 17 ailə olmaqla, 74 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

    Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar

    ***

    13:52

    İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə olmaqla, 74 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1066 nəfər (270 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 546 nəfər (139 ailə)
    Aşağı Oratağ - 424 nəfər (90 ailə)
    Çapar- 141 nəfər (39 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 112 nəfər (28 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 646 nəfər (146 ailə)
    Xanyurdu - 445 nəfər (126 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 266 nəfər (73 ailə)
    Seyidbəyli - 251 nəfər (69 ailə)
    Daşbulaq - 113 nəfər (27 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 1405 nəfər (385 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 651 nəfər (170 ailə)
    Hadrut - 229 nəfər (56 ailə)
    Qırmızı Bazar - 760 nəfər (179 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 114 nəfər (25 ailə)
    Xocavənd - 130 nəfər (31 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
    Kərkicahan - 140 nəfər (35 ailə)


    Cəmi: 30 157 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.