![Xankəndidə Musiqi kollecindən silah-sursatlar tapıldı](/uploads/images/2024/01/rs/image_750x_65a772c0b5f5c-750-1080-resize.webp)
Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.