XƏBƏRLƏR / Ticarət

Qızıl bahalaşır

Gümüşün də qiyməti artıb

Qızıl bahalaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qızılın qiyməti tarixi rekordunu yeniləyib.

    COMEX birjasında qızılın dekabr fyuçersləri 1,05% artaraq 3 908,90 ABŞ dolları/troy unsiya səviyyəsinə yüksəlib. Qızılın spot qiyməti isə 0,78% artımla 3 886,54 ABŞ dolları/troy unsiya təşkil edib.

    Eyni zamanda, COMEX birjasında gümüşün dekabr fyuçersləri 3,44% artaraq 47,97 ABŞ dolları/troy unsiya olub.

    Analitiklər qeyd edirlər ki, qızılın bahalaşmasının əsas səbəbi ABŞ-da faiz dərəcələrinin enəcəyi ilə bağlı gözləntilər və investorların deflyasiya risklərinə qarşı əmanət olaraq qiymətli metallara üstünlük verməsidir. Həmçinin dolların zəifləməsi də qızıl və gümüşün bahalaşmasına (qiymətlərin artmasına) təkan verib.

    Xatırladaq ki, qızılın qiyməti oktyabrın 1-də 3900 dollar səddini keçib və 3903 dollara yüksəlib.