XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşıb

Gümüş isə bahalaşıb

Qızıl ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 28 dollardan çox azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,84% azalaraq 3 346,6 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə əksinə, 0,93% artaraq 36,14 ABŞ dollarına bərabər olub.