XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşıb

Gümüşün qiyməti isə artıb

Qızıl ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qlobal əmtəə bazarlarında qiymətli metalların qiymətlərində qarışıq dinamika müşahidə olunub.

    COMEX birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 1,04% və ya 49,1 ABŞ dolları azalaraq bir unsiya üçün 4 681,6 ABŞ dolları olub. Spot bazarda qızılın qiyməti isə 0,85% və ya 40,16 ABŞ dolları azalaraq 4 675,09 ABŞ dollarına enib.

    Platinumun spot qiyməti də 0,91% və ya 18,69 ABŞ dolları azalaraq bir unsiya üçün 2 039,99 ABŞ dolları olub.

    Gümüşün iyul fyuçerslərinin qiyməti əksinə, 0,02% artaraq bir unsiya üçün 80,89 ABŞ dolları təşkil edib.