Qızıl-zinətin qanunsuz keçirilməsinin qarşısı alınıb VİDEO

DGK xəbr verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

    Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

    Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.