XƏBƏRLƏR / İctimaiyyət

İtaliyada 5 günlük matəm elan olunub

Bu barədə yerli mətbuat xəbər verir

İtaliyada 5 günlük matəm elan olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliya hökuməti Papa I Fransiskin vəfatı ilə əlaqədar beş günlük matəm elan edib.

    Bu barədə qərar nazirlərin bu gün səhər keçirilən iclasında qəbul edilib.

    Matəm dəfn günü olan şənbə gününə qədər davam edəcək.

    Bundan əvvəl Livanda Papanın vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib.