Qızılın qiyməti tarixi rekord vurub
Qızılın iyun fyuçerslərinin qiyməti 2,17% artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,17% artaraq 3 400,64ABŞ dollarına bərabər olub.