Çikaqo Ticarət Birjasında (CME) dekabr ayı qızıl müqaviləsinin qiyməti cümə axşamı axşamına olan məlumata görə, bir unsiya* üçün 0,74% artaraq 2 711,3 dollar olub. Bu, yeni tarixi rekorddur - qızıl sentyabrın 26-da keçirilən hərracda əvvəlki maksimuma çatıb (bir unsiya üçün 2708,7 dollar).
Sonrakı artım 0,79%-ə qədər sürətləndi, qızıl bir unsiya üçün 2712,7 dollara qədər bahalaşdı. Bundan sonra qiymətlər tənzimlənməyə başladı, kotirovkalar bir unsiya üçün 2707,9 dollara qədər gerilədi, RBC xəbər verir.
* unsiya - 31,1 qrama bərabərdir