XƏBƏRLƏR / İctimaiyyət

Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır

Bu barədə TƏBİB məlumat yayıb

Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.

    Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

    O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

    Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".