Xilasedicilərimiz 105 saat sonra məktəbli qızı sağ çıxardı
Bu barədə FHN xəbər verib
FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.