Qondarma Abxaziya "respublikası" Ermənistana nota verib
Separatçı qurum Ararat Mirzoyanın Gürcüstanın ərazi bütövlüyünü tanımasından narazıdır
Separatçı Abxaziyanın qondarma "xarici işlər nazirliyi" Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin Gürcüstandakı bəyanatları ilə bağlı etirazını bildirən bəyanat yayıb. Onlar mətbuat konfransı zamanı ölkələrinin ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər.
"Xarici işlər nazirliyi" “Ermənistan rəhbərliyinin bu məsələdə düzgün nəticə çıxaracağına və mövqeyini dəyişəcəyinə” ümid etdiyini bildirib.
Bu az imiş kimi, üstəlik Abxaziyada yaşayan erməni icması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın gürcü həmkarı ilə görüşündə səsləndirdiyi ifadələri qəbul etmir: "Tbilisinin vətənimiz, suveren Abxaziya ilə bağlı mövqeyi bizə çoxdan məlumdur. Bu, aşkar şeyləri inkar etməkdən irəli gəlir. Çünki dünyanın siyasi xəritəsində 30 ildən artıqdır müstəqil dövlət Abxaziya Respublikası mövcuddur".
Deyəsən, ermənilər qonşuya qazdıqları separatizm quyusuna özləri düşürlər.