XƏBƏRLƏR / Rəsmi

Qriqoryan erməni silahlılarını Bakının öhdəliyinə buraxdı

Ermənistanın təhlükəsizlik şurasının katibi Qarabağdakı qanunsuz erməni silahlılarlndan faktiki imtina etdi

Qriqoryan erməni silahlılarını Bakının öhdəliyinə buraxdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan GLOBSEC 2023 Bratislava Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsi zamanı Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin aqıbətini Azərbaycan tərəfinin öhdəliyinə buraxdı. O, bəyan edib ki, "Bakının Ermənistan silahlı qüvvələrinin bölmələrinin Dağlıq Qarabağda olması ilə bağlı açıqlamaları reallığa uyğun gəlmir. Yalnız "Dağlıq Qarabağın Müdafiə Ordusu" var ki, orada yaşayan insanlar təhlükəsizlik problemi ilə üzləşdiyi üçün buna ehtiyac var. Azərbaycan bu vəziyyəti dəyişmək istəyirsə, şərait yaratmalıdır ki, insanlar Müdafiə Ordusuna ehtiyac duymasınlar”.