XƏBƏRLƏR / Hava

Quba, Qusar və Xızı rayonlarına 14 santimetr qar yağıb

Bu barədə Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzi bildirib

Quba, Qusar və Xızı rayonlarına 14 santimetr qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

    Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

    Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

    Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.