XƏBƏRLƏR / Hadisə

Quba-Xınalıq yolunda minik avtomobili çaya düşüb

Hadisə yolun Küsnətqazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Quba-Xınalıq yolunda minik avtomobili çaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba-Xınalıq yolununda minik avtomobilinin çaya aşması nəticəsində 3 nəfər xəsarət alıb.

    Hadisə yolun Küsnətqazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhərində yaşayan Sərdar Mehrəli oğlu Abbasovun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil körpüdən keçərkən Qudyalçay çayına aşıb. Hadisə nəticəsində sürücü, həmçinin avtomobildə olan sərnişinlər - Səbuhi Sərdar oğlu Abbasov və Vüsalə Elşad qızı Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda olan vətəndaşların köməyi ilə çaydan çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.