XƏBƏRLƏR / İctimaiyyət

Qubada sahibsiz itlər 3 nəfərə hücum edib

Biri azyaşlıdır

Qubada sahibsiz itlər 3 nəfərə hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba rayonunun Qəçrəş və Küsnətqazma kəndlərində sahibsiz itlər 3 rayon sakininə hücum edib.

    Rayonun Qəçrəş kəndində kənd sakinləri Zöhrə Mərdəliyevaya və Raida Salahovaya sahibsiz itlər hücum çəkib.

    Onlar Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndəriliblər.

    Quba rayonunun Küsnətqazma kəndinə isə, azyaşlı Məhəmməd Məmmədov itlərin hücumuna məruz qalıb.

    Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya it dişləməsi diaqnozu qoyulub və quduzuluğa qarşı iynə vurulub.