
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.