XƏBƏRLƏR / Qayıdış

Qubadlı rayonunun kəndlərində bərpa işlərinə başlanılıb

Birinci mərhələdə Mahruzlu və Zilanlı kəndləri yenidən qurulacaq

Qubadlı rayonunun kəndlərində bərpa işlərinə başlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində bərpa işlərinə başlanılıb.

    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, bu kəndlərin baş planına uyğun olaraq, artıq evlərin bünövrəsi üçün çuxurlar qazılıb və beton işləri aparılır.

    Birinci mərhələdə rayon mərkəzindən 19 kilometr aralıda yerləşən Mahruzlu kəndində 190 evin tikintisi və 836 nəfərin yerləşdirilməsi nəzərdə tutulur.

    Rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Zilanlı kəndində ilkin mərhələdə 193 evin tikintisi və 926 nəfərin yerləşdirilməsi nəzərdə tutulur.

    Hər iki kənddə tikiləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. İlin sonunadək bu kəndlərə ilk sakinlərin köçürülməsi nəzərdə tutulub.