Diaspor Gənclərinin V Yay Düşərgəsi Laçında keçiriləcək
Siyasi və dövlət xadimi, diplomat Həsən Həsənov bundan danışıb VİDEO
Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru, Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Polşadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Laçında keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında fikirlərini bölüşüb.
Yay düşərgələrinin gənclər üçün əhəmiyyətini vurğulayan dövlət xadimi işğaldan azad edilən, abadlaşdırılan, füsunkar təbiətli Laçında keçiriləcək V Yay Düşərgəsinin də əvvəlkilər kimi yaddaqalan və effektiv olacağını bildirib.
Qeyd edək ki, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçiriləcək.