XƏBƏRLƏR / Qayıdış

Qubadlıda silah-sursat aşkarlandı

DİN xəbər verir

Qubadlıda silah-sursat aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubadlı rayonunda silah-sursat aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.