XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb

YENİLƏNİB

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:18

    Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

    Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən 36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4 ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    14:08

    Növbəti köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

    Kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

    ***

    06:55

    İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.

    Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.



    Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1157 nəfər (295 ailə)
    Kolatağ - 175 nəfər (48 ailə)
    Vəngli - 595 nəfər (149 ailə)
    Aşağı Oratağ - 594 nəfər (122 ailə)
    Çapar - 192 nəfər (54 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 165 nəfər (41 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)
    Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
    Kiçik Qaladərəsi - 90 nəfər (26 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1071 nəfər (241 ailə)
    Təzəbinə - 831 nəfər (182 ailə)
    Xanyurdu - 498 nəfər (138 ailə)
    Şuşakənd - 423 nəfər (111 ailə)
    Badara - 400 nəfər (130 ailə)
    Seyidbəyli - 259 nəfər (71 ailə)
    Daşbulaq - 133 nəfər (33 ailə)
    Xanabad - 146 nəfər (39 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)
    Şükürbəyli - 1756 nəfər (400 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1649 nəfər (388 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 1217 nəfər (499 ailə)
    Hadrut - 261 nəfər (64 ailə)
    Qırmızı Bazar - 898 nəfər (211 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 202 nəfər (74 ailə)
    Quzeyxırman - 169 nəfər (39 ailə)
    Güneyxırman - 175 nəfər (39 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 332 nəfər (76 ailə)
    Kərkicahan - 210 nəfər (51 ailə)


    Cəmi: 36 602 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.