Ağdam şəhərində qayıdışdan sonra ilk bayram tonqalı qalanıb
Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır
Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb.
Tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhvali-ruhiyyəsini bölüşüblər. Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.
1 dəqiqədən az