Laçının Bəylik kəndinə yollanan köç karvanı ünvana çatıb
163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib

16:20
Mayın 29-da doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.
Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
***
09:50
Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.
Bu gün 41 ailə (163 nəfər) Bəylik kəndinə köçürülür.
Bakı şəhərindən 24 ailə (100 nəfər), Abşeron rayonundan 14 ailə (50 nəfər), Bərdə rayonundan 1 ailə (7 nəfər) Qobustan rayonundan 1 ailə (3 nəfər), Xaçmaz rayonundan 1 ailə (3 nəfər) Bəylik kəndinə köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 163 nəfər (41 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 306 nəfər (90 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
Cəbrayıl — 2303 nəfər (512 ailə)
Sarıcalı (Ağdam rayonu) - 767 nəfər (184 ailə)
Kəngərli (Ağdam) - 645 nəfər (147 ailə)
Cəmi: 14 573 nəfər