XƏBƏRLƏR / İctimaiyyət

Qubanın bəzi kəndlərinin adı dəyişdirilir

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb

Qubanın bəzi kəndlərinin adı dəyişdirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba rayonunun bəzi kəndlərinin adı dəyişdirilir.

    Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kend inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

    Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.