Qüdrət Həsənquliyevin partiyası da qeydiyyatdan keçmədi
Deputat bunu formalaşan dövlət orqanlarının legitimliyinə kölgə saldığını bildirib
Birləşmiş Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi partiyanın yenidən qeydiyyatdan keçməkdən imtina etməsi ilə bağlı qərarına münasibət bildirib.
“Bütün bunlar demokratik və çoxpartiyalı sistemin iflasa uğraması, ölkədə siyasi alternativin olmaması görüntüsü yaradır və əslində, belə demək mümkünsə, düşmən dəyirmanına su tökür.
Bundan başqa, bu cür qərarlar əvvəlki seçkilərin və bu seçkilər nəticəsində formalaşan dövlət orqanlarının legitimliyinə kölgə salır.
Ədliyyə Nazirliyinin qərarı siyasi islahatların aparılmasının zəruriliyindən xəbər verir və dövləti təmsil edən, onun imicinə və gələcəyinə cavabdeh olan qurumları ciddi şəkildə narahat etməlidir”, - Həsənquliyev bildirib.