Qurban Qurbanov və Kevin Medinanın mətbuat konfransı

Bu gün Çempionlar Liqasının 3-cü turunda ağdamlılar “Atletik Bilbao” klubu ilə səfərdə görüşəcək

  • Oxuma müddəti:

    0 dəqiqə

  • “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü turunun əsas mərhələsinin İspaniyanın “Atletik Bilbao” klubu ilə keçiriləcək oyunu haqda fikirlərini bölüşüb.

    "Güclü komandaya qarşı bizi vacib oyun gözləyir. Onların yaxşı və təcrübəli məşqçisi var. Onlar dinamik və sürətli komandadırlar. Həm hücumda, həm də müdafiədə aqressivdirlər. Təcrübəmiz hər mövsüm artır, amma rəqibimiz qələbə qazanmaq istəyir. Meydanda möhkəm olmağa və onların tempinə uyğun olmağa çalışacağıq".