Ramil Usubov Özbəkistan TŞ-nın katibi Mahmudovla görüşüb
Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib
Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.
Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı münaqişələrin, hərbi-siyasi çağırışların və təhdidlərin dünyada artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin əhəmiyyəti qeyd edilib.
Tərəflər həmçinin hərbi və hərbi-texniki sahələrdə əlaqələrin daha da gücləndirilməsinin və genişləndirilməsinin, o cümlədən təcrübə mübadiləsinin vacibliyini bildiriblər ki, bu da təkcə Cənubi Qafqazda deyil, həm də bütövlükdə Orta Asiyada sabitliyin və təhlükəsizliyin qorunması üçün yeni imkanlar açacaq.
1 dəqiqədən az