XƏBƏRLƏR / Məhkəmə

Ramiz Mehdiyev 14 il şərti azadlıqdan məhrum edilib

Bu barədə yerli mətbuat xəbər yayıb

Ramiz Mehdiyev 14 il şərti azadlıqdan məhrum edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

     Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərara alınıb.


    Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri dövlətə qarşı xüsusilə ağır cinayətlərdə, o cümlədən dövlətə xəyanətdə, hakimiyyəti ələ keçirməyə cəhddə, çirkli pulların yuyulmasında və rüşvətxorluqda təqsirli bilinib.

    Məhkəmə şərti cəza təyin edərkən Mehdiyevin yaşını və sağlamlığını nəzərə alıb. Onun əmlakı dövlət xeyrinə müsadirə edilib. Onun dövlət mükafatlarından məhrum edilməsi proseduruna da başlanılıb.